“Yazdıqlarınızdan utananda üzrxahlıq edərsiniz” – Fazil Mustafabackend

“Yazdıqlarınızdan utananda üzrxahlıq edərsiniz” – Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çünki hər iki mənbə Qərbin kəşfiyyat qurumlarına aid olduğuna görə, onların balaları da bu Vətənin maraqlarına heç vaxt xidmət etməyəcəklər. Qoy bu bic balalar narahat olmasınlar, Türkiyə dövləti də, Azərbaycan dövləti də məni çox yaxşı tanıyır və bilirlər ki, millətimizin və dövlətimizin maraqlarını qorumaq, Azərbaycanın Türkiyə ilə qardaşlıq bağlarının qorunmasına çalışmaqdan başqa bir niyyətimiz olmayıb və ola da bilməz.

İnterpress.az xəbr verir ki, Bu barədə Millət vəkili Fazil Mustafa sosial şəbəkədə onun Türkiyəyə buraxılması ilə bağlı iddialara cavab verən paylaşım edib.
“Azərbaycanda Türkiyə ilə bağlı elə bir məqam yoxdur ki, internet və yazılı mediadan, televiziyalardan ekspert kimi mənə müraciət ünvanlanmasın və bu qardaş dövlətimizin maraqlarını da öz Azərbaycanımızın maraqları kimi illərdir açıq müdafiə etməkdən çəkimirəm. Bir həftə sonra da yenidən qardaş Türkiyəyə gedəcəyəm, yazdıqlarınızdan utananda üzrxahlıq edərsiniz”.

İnterpress.az