Türkiyə və İraq arasındakı krizis böyüyürbackend

Türkiyə və İraq arasındakı krizis böyüyür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hurriyet”-ə istinadən xəbər verir ki, Türkiyə ilə İraq arasında Başika nahiyəsinə görə yaranan gərginlik böyüyür. İraqın Ankaradakı səfiri Hişam Əli Əkbər İbrahim əl-Ələvi məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu hadisədən qısa bir meddət sonra isə Türkiyənin Bağdatdakı səfiri Faruk Kaymacının İraq Xarici İşlər Nazirliyinə çağırıldığı açıqlanıb.
İraq Xarici İşlər Nazirliyindən verilən açıqlamada Türkiyə səfirinin çağırılmasına səbəb kimi, türk əsgərlərinin Şimali İraqdakı varlığını davam etdirmə istiqamətində Ankaranın “provakasiyalar”-ını göstərib.

İnterpress.az