İnterpress.az-ın xəbərin görə, bunu Baş hematoloq Çingiz Əsədov deyib.
Onun sözlərinə görə, sümük iliyi köçürmələrinin hamısı uğurla başa çatıb:
“Azərbaycanda sümük iliyinin transplantasiyasına 2014-cü ilin mayın 9-dan başlanılıb. Sümük iliyi köçürülən şəxslərin 20-si böyük talassemiya, 4-ü aralıq talassemiya xəstəsi olub.
Bütün köçürmələr uğurla başa çatıb. Bu xəstələrə sümük iliyi köçürüldükdən sonra onların heç birinə nə qan köçürülüb, nə də dəmirqovucu preparat verilib”.
İnterpress.az