Papa Qarabağ münaqişəsinin həlli yolunu açıqladıbackend

Papa Qarabağ münaqişəsinin həlli yolunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzVision.az-ın verdiyi məlumata görə, Papa Qafqaz regionuna səfərinin yekunlarına dair mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsini həll etməyin yeganə yolu tərəflər arasında sülh danışıqlarıdır.

“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında beynəlxalq normalar çərçivəsində sülh danışıqlarının aparılmasıdır. Digər yol müharibədir, müharibə isə həmişə dağıntılara səbəb olur, şəhərlər və kəndlər xarabalığa çevrilir. Münaqişəsinin hərbi yolla həlli yoxdur. Sülh üçün dua etmək lazımdır”, – deyə Roma Papası bildirib.

İnterpress.az