Rəza Zərrabın vəkilindən açıqlamabackend

Rəza Zərrabın vəkilindən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hurriyet”-ə istinadən xəbər verir ki, Rəza Zərraba saxtakarlıq və qara biznes səbəbi ilə 75 il həbs veriləcəyi gözlənilir.
Məhkəməyə bu dəfə Zərrabın İstanbulda yaşayan atası Hüseyn Zərrab daxil bütün ailəsinin advokatlığını edən, həmçinin Zərrabı Ebru Gündeşlə boşanma zamanı onu təmsil edəcək vəkil Şəbnəm Eriş məhkəmənin gedişini izləyib.
Məhkəmənin ardından advokat Şəbnəm Eriş hələ ki, cütlüyün boşanmadığını bildirib. Məsələ ilə bağlı Ebru Gündeşin iki aydır Nyu Yorka gəlib getməsini isə, əvvəlcədən cütülük arasında imzalanan mülkiyyət bölüşdürülməsi ilə bağlı razılıqdan qaynaqlandığını açıqlayan vəkil, hər iki tərəfin Türkiyədə məhkəmədə iştirak edə bilmədiyinə görə boşanmanın uzandığını deyib.
“Həmçinin uşağın kimin himayəsində qalacağı da hələlik məlum deyil”- deyə Şəbnəm Eriş əlavə edib.

İnterpress.az