İH-dən jurnalistin işdən qovulmasına reaksiyabackend

İH-dən jurnalistin işdən qovulmasına reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurumun Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri İlham Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, bu məsələnin onlara heç bir aidiyyəti yoxdur: ““Space” müstəqil televiziyadır və onun rəhbərliyi var. Əgər kanal rəhbərliyi kimisə işdən çıxarıbsa, orada icra başçısısın rolu olmur. Rayon icra başçısının sözü ilə heç kimi işə götürmürlər ki, onun da sözü ilə işdən uzaqlaşdırsınlar”.

İ. Məmmədov Gündüz Məmmədovun yaxşı kadr olduğunu deyib: “Gündüz yaxşı olandır və eyni zamanda gözəl mütəxəsisdir. Özünə hörmət edən televiziya rayon icra başçısının əmri, ya da göstərişi ilə kimisə işdən çıxarmır”.

Qeyd edək ki, Space TV-nin müxbiri Gündüz Məmmədov işdən çıxarılıb. Jurnalist iddia edir ki, rəhbərlik onu Bərdə rayonunun icra başçısı Vidadi İsayevin göstərişi ilə işdən uzaqlaşdırıb.

İnterpress.az