Səhər bəzi yerlərdə zəif duman, çiskinli olacaq. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən İnterpress.az – a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 15-18° isti, gündüz 21-26°, Bakıda gecə 15-17° isti, gündüz 24-26° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
İnterpress.az