“Körpələrin həyatın­ı 5-10 manata satmaq olmaz” – BAŞ PEDİATRbackend

“Körpələrin həyatın­ı 5-10 manata satmaq olmaz” – BAŞ PEDİATR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib. Baş pediatr bildirib ki, bəzən həkimlər də süni qida şirkətlərinin, mənəviyyatsız işlərin qurbanına çevrilir.

N.Quliyev qeyd edib ki, belə hallara qarşı­ Səhiyyə Nazirliyi tə­rəfindən çox ciddi iş­lər aparılır.

Baş pediatr vurğulayıb ki, ana südünün əvəzediciləri olan süni qida məhsullarının qarşısını hazırda tibb işçiləri də ala bilmirlər: “Ana südünün əvəzləyicinin yaradılması ideyası məhz tibb işçilərindən gəlib. Bu, çox normal fikirdir. Çünki bəzi hallarda anaların körpələrini öz südü ilə qidalandırmasında maneələr yaranır. Təəssüf ki, zaman-zaman bu ideyalar istehsalçılar tərəfindən oğurlandı və ana südünün əvəzləyicisi kimi təqdim edilən süni qidaların sayı çoxaldı”.

İnterpress.az