İnterpress. az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Biden görüşdə, terror təşkilatı DAEŞ-in məğlubiyyətə uğradılması və İraqın daimi olaraq sabitliyə qovuşması üçün İraqın Baş naziri Heydər əl-İbadi və İraq hökuməti ilə əməkdaşlıq etdiyinə görə Məsud Bərzaniyə təşəkkür edib.
Mosulun və terror təşkilatı DAEŞ-in əlindəki digər bölgələrin azad edilməsi üçün zəruri addımların təcili həyata keçirməsinin vacibliyini vurğulayan Biden və Bərzani, həmçinin İraqdakı bütün hərbi əməliyyatların \”İraqın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi\” prinsipi əsasında olmasınının əhəmiyyətindən danışıb.
Biden və Bərzani, ABŞ ilə İraq arasındakı davam edən strateji əməkdaşlığa dair öhdəliklərini də nəzərdən keçirib.
İnterpress.az