SOCAR-ın Türkiyədəki müəssisəsində terror planlaşdırılırmışbackend

SOCAR-ın Türkiyədəki müəssisəsində terror planlaşdırılırmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, PKK terror təşkilatının son zamanlarda polis və əsgəri hədəf almaqdan daha çox Türkiyədə iqtisadi çətinlik yaradacaq müəssisələrə hücum etməyi planlaşdırdığı məlum olub.

İzmirə bombalı hücum təşkil etmək üçün gələn və polis əməliyyatı nəticəsində saxlanılan PKK-lı Mehmet Demir ilk izahatında hədəflərinin Aliağadağı “Petkim”in olduğunu etiraf edib.

“Uzaq olduğu üçün orada kəşfiyyat apara bilmədik. Tutulmasaydıq kəşfiyyat aparıb ardınca hücum təşkil edəcəkdik. Təşkilat əsgər və polislə yanaşı Türkiyə iqtisadiyyatına gəlir gətirən firmalara qarşı bombalı hücum təşkil edilməsini istəyir. Bununla dünyaya Türkiyənin etibarsız bir ölkə olduğunu göstərmək istəyir”, – deyə saxlanılan PKK üzvü bildirib.

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Petkim Petrokimya Holding A.Ş”nin səhmlərinin 51 faizinə sahibdir.

İnterpress.az