İnterpress.az “CNN”-ə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binali Yıldırım İraqın Başika nahiyəsindəki türk əsgərlərinin ölkədəki qeyri-sabitlik səbəbi ilə orada qalacaqlarını deyib.
Son günlər Türkiyə ilə İraq höküməti arasında yaranan gərginliyə münasibət bildirən baş nazir, İraqda 63 ölkədən əsgər olduğunu deyib. İraqın yalnız türk əsgərlərinin varlığından narahat olmasının əbəs olduğunu söyləyən Binali Yıldırım əlavə edib: “Türk əsgəri orada qalmağa davam edəcəkdir. O tərəf bu tərəf danışmaq İraqın həddinə deyil”.
İnterpress.az