İnterpress.az “Vesti Ru” ya istinadən xəbər verir ki, məhkəmə qərarından sonra cinayətkar vəkilindən apelyasiyadan imtina etməyi tələb edib.
Məhkəmə zamanı 59 yaşlı Barneu Fuller qonşu ər-arvadı qətlə yetirdiyini etiraf edib.
O deyib:- “Mənim artıq deyəcəyim bir söz qalmadı, işə keçin”.
Qeyd olunur ki, 13 il əvvəl həbs olunan kişinin həbs olunma səbəbi qəflətən qonşularının evinə daxil olaraq, Neytan və Anette Kouplendlərə və onların 14 yaşlı oğullarına odlu silahla atəş açmasıdır. Cütlük hadisə yerində dünyasını dəyişmi., uşaq isə sağ qalmışdı.
Keçən il Fuller vəkilinə məktub şəklində müraciət edib.
Məktubda o, edamın uzadılmamasını tələb edib.
“Mən bu dəlikdə həyatımı davam etmək istəmirəm”-deyə Fuller məktubda bildirib.
Məhkəmə zamanı hakimlər Fullerə cəzaya etiraz etmək kimi səlahiyyəti olduğunu çatdırıb.
Lakin Fuller etiraz edərək tez bir zamanda edam olunmasını tələb edib.
Fuller öldürücü infeksiya ilə edam olunub.
Xatırladaq ki, bu il ABŞ-da tətbiq olunan 16 –cı edam sayılır.
İnterpress.az