İnterpress.az “CNN”-ə istinadən xəbər verir ki, 30 ildir evdən çıxmayan 43 yaşlı kişinin anası və atası haqqında cinayət işi açılıb. Belə ki, kişinin ana-atası tərəfindən zorla evdə saxlanıldığı düşünülüb.
Valideynlərin oğullarının öz istəyi ilə evdən çölə çıxmadığını söyləyiblər. Polis evdən çıxmayan kişinin qayğıdan kənar, çox az qidalanmış və stress vəziyyətində olduğunu bildirib.
13 yaşında məktəbi tərk edən və evə qapanan kişinin anası yerli mətbuata açıqlama verib ki, oğlu özü çölə çıxmaq istəməyib və o da bir ana kimi öz oğlunu qoruyub.
Polis keçən ay bölgədən gələn bir şikayətə əsasən araşdırmaya başlayıb. Alman polisi hadisənin ailədə baş verən hansısa bədbəxt hadisədən qaynaqlandığını düşünür.
Evdə rahat şəkildə gəzən kişi polislər gəldiyi zaman evdən çıxmaq istəmədiyini bildirib və xəstəxanaya getməyə də etiraz edib. Kişi 13 yaşına qədər məktəbə gedib, daha sonra isə məktəbə uyğun olmadığını düşünərək təhsilini dayandırıb.
Xəstəxanadan həkimlərin rəyi isə belədir ki, bu şərtlər altında nə qədər yaxşı ola bilərsə o qədər yaxşıdır. 13 yaşındakı uşağın bir anda sosial mühitdən qoparaq otuz il dövlətin nəzərindən necə qaçdığı isə hamını heyrətə salıb.
İnterpress.az