Bu barədə Modern.az-a Azərbaycanın Belçika Krallığındakı səfirliyindən xəbər verilib.
Məlumata görə, aparılmış müzakirələr çərçivəsində icma üzvləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, işğal edilmiş torpaqlardan qovulmuş azərbaycanlıların pozulmuş hüquqları barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mühüm töhfə verə biləcək amil olaraq Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasında belçikalı siyasətçilərin mühüm rol oynaya biləcəklərini diqqətə çatdırıblar.
İki icma arasında belə təmasların məhz Brüssel şəhərində təşkil edilməsində yardım xahiş edilib.
Azərbaycanın icazəsi olmadan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə edilən səfərlərin beynəlxalq hüquqa zidd olduğu vurğulanıb və belçikalı parlamentarların iştirakı ilə gələcəkdə belə halların qarşısının alınmasında Parlament rəhbərliyinin müdaxiləsinin faydalı olacağı qeyd edilib.
Beynəlxalq Münasibətlər üzrə Eqmont Kral İnstitutunun baş direktoru Mark Otte ilə keçirilmiş görüş zamanı icma üzvləri öz tədqiqatlarında Dağlıq Qarabağ münaqişəsinə göstərdiyi diqqətə görə İnstitut rəhbərliyinə təşəkkür edib, gələcəkdə mövzu üzrə dərc ediləcək hesabat və məqalələrdə Azərbaycan qaçqın və məcburi köçkünlərinin probleminin daha geniş işıqlandırılmasını xahiş ediblər.
Habelə, İnstitutun Avropada nüfuzlu tədqiqat mərkəzlərindən biri olaraq, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqu təşkil etməsi təklifi irəli sürülüb.
Keçirilmiş görüşlərdə həmsöhbətlər edilmiş müraciətləri nəzərdən keçirəcəklərini və Azərbaycan tərəfi ilə mövzu üzrə müzakirələri davam etdirəcəklərini vəd ediblər.
İnterpress.az