Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hər 2 ölkə hərbçiləri “Alagəz” yüksək dağ poliqonunda müxtəlif çaplı silahlardan döyüş atışları və taktiki təlimlər həyata keçirəcək.
Təlimlər Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının komandanı general-mayor Andranik Makaryanın ümumi rəhbərliyi ilə baş tutacaq.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Əməliyyat və Taktiki İdarəsinin nümayəndə heyəti iyulda Ermənistana səfər edib.
Səfərin əsas məqsədi Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birləşmiş qoşun qruplaşması haqqında müqavilənin imzalanmasına dair yekun müzakirənin və hazırlıq işinin aparılması olub.
İnterpress.az