Musavat.com xəbər verir ki, 100-ə yaxın sakin Bakı-Sumqayıt magistral yolunu bağlayıb və nəticədə nəqliyyatın hərəkəti məhdudlaşıb.
Onlar yaşadıqları ərazinin yaxınlığında metronun \”Avtovağzal\” stansiyasının depo tuneli qazıldığı üçün yeraltı təkanlar nəticəsində evlərinə zərər dəydiyini bildirirlər.
Qəsəbə sakinləri bildirirlər ki, 70-ə yaxın evə zərər dəysə də, aidiyyatı qurumlar onların problemləri ilə maraqlanmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əhalini ərazidən uzaqlaşdırmağa çalışırlar.
İnterpress.az