Bu barədə İnterpress.az -a Mədəniyyət və turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirib.
Cari ilin 9 ayı ərzində təkcə Birləşmiş Ərəb Əmirliklərindən(BƏƏ) Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə edilib:
“Digər tərəfdən, keçən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində Rusiya Federasiyası (7.6%), Qazaxıstan (17.2%), İran (62.9%) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım baş verib.
Qurum sözçüsü əlavə edib ki, yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayında da artım müşahidə edilib:
“ Belə ki, 2016-cı ilin yay mövsümü ərzində ölkəmizin regionlarında istirahət edən yerli və xarici turistlərin sayı 751 353 nəfər olub, bununla da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 23.5% artıb”.
Gülşanə Mustafayeva
İnterpress.az