İnterpress.az Rusiya mediasına istinadən xəbər verir ki, eyni zamanda, son 60 ildə dünyanın ən iri miqyasılı münaqişəsi “sürətli və ölümcül” olacaq – bunu The İndependent agentliyi yayıb.
General – mayor Uilyam Xinks qeyd edib: “Süni intellekt və avtomatlaşdırılmış silah sistemləri gələcək hərbi münaqişələri sürətləndirəcək və onları idarə etmək qabiliyyətinə etiraz edəcək. Texnikada olan sürət, insan və maşın arasında yeni münasibətlərin inkişafına yol açacaq”- deyə Xinks bildirib.
General onu da vurğulayıb ki, Rusiya və Çinin texnoloji nailiyyətləri Ağ evi məcbur edirki, ABŞ ordusu hərəkətə keçsin.
Öz növbəsində, Qərargah Rəis Komitəsinin sədr müavini general-leytenant Jozef Anderson bildirib ki, “hərbiləşdirilmiş münaqişədə aqressiv fəaliyyət göstərən ölkələr ABŞ-a təhlükə hesab olunur. Hansı ölkəni bu siyahıya daxil etmək olar? Rusiyanı?” – deyə Anderson bildirib.
Yeri gəlmişkən ABŞ-ın ordu genaralı Mark Milli öz növbəsində qeyd edib ki, bu müharibə “faktiki olaraq bir zəmanətdir”.
İnterpress.az