Millət vəkili, politoloq Rasim Musabəyov yaranan vəziyyəti İnterpress.az saytına verdiyi açıqlamada belə şərh edib:
Münaqişənin həllində böyük dövlətlər vasitəçidir. Təəssüf ki, vasitəçi dövlətlər istəyirlər ki, bu konfliktdən ermənilər əliboş çıxmasın, hətta hansısa bir mükafat da qopartsın. Buna görə də məsələnin həlli uzanır.”
Millət vəkili, həmçinin münaqişənin həlli istiqamətində başqa dövlətlərin səylərini də qiymətləndirib:
“Sadəcə olaraq, dövlətlər Azərbaycanı milli maraq və mənafeyə zidd olacaq addım atmağa məcbur edə bilmirlər, Ermənistanı isə, ümumiyyətlə, məcbur etmək istəmirlər”.
Kerrinin münaqişə barəsindəki bəyanatına fikir bildirən Rasim Musabəyov, həmçinin Amerikada keçiriləcək prezident seçkilərinin də münaqişənin gedişinə müəyyən təsir göstərəcəyini bildirib:
“Kerrinin çıxışı ondan xəbər verir ki, qalan səlahiyyət müddəti ərzində erməniləri nəyəsə məcbur etmək istəmir, ona görə də bu məsələ olduğu kimi də qalmalıdır. Kerrinin cəmi iki ay vaxtı qalıb, sonra vəzifədən gedəcək. Amerikada keçiriləcək prezident seçkilərindən sonra kimin qalib gəlməsi, kimin dövlət katibi olması məlum olacaq. Təbii ki, bundan asılı olaraq biz də öz mövqelərimizi müəyyən edəcəyik”.
Aytək Yusifsoy
İnterpress.az