Azərbaycan beynəlxalq tədbirlərin ünvanı olub  – İB SƏDRİbackend

Azərbaycan beynəlxalq tədbirlərin ünvanı olub – İB SƏDRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “ Azərbaycan dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda keçirlən konfransda “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı danışıb.

Azərbaycan beynəlxalq tədbirlərin ünvanı olub  - İB SƏDRİ

T.Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı “Azəri-Türk” Qadınlar Birliyi tərəfindən İstanbulda da elmi konfrans keçiriləcək. Onun sözlərinə görə, “Savalan” qrupu tərərfindən Şah İsmayıl Xətainin şeirləri səhnələşdiriləcək.

Azərbaycan beynəlxalq tədbirlərin ünvanı olub  - İB SƏDRİ

Bu günkü tədbir də bu tədbirlərin başlağıcı olduğunu bildirən Millət vəkili Fəzail İbrahimli isə bildirib ki, 1991-ci ilin 18 oktyabr tarixi hər bir Azərbaycan tarixi üçün qürur mıənbəyidir:

Azərbaycan beynəlxalq tədbirlərin ünvanı olub  - İB SƏDRİ

“Azərbaycanın müstəqillik tarixi hər bir azərbaycanlının qəlbində yaşamalıdır və yaşayır. Heç kəsdə belə fikir yaranmamalıdır ki, Azərbaycan xalqı qəfil ayılıb, müstəqillik əldə etdi. 70 il Sovet İmperiyasının əsarətində yaşamağımıza baxmayaraq, milli ruhu qoruyub saxlamaq asan məsələ deyil. Bunu hər millət bacara bilməz. Sovet əsarəti dövründə Azərbaycanda milli ruh Sabir Rüstəmxanlı kimi şairlərin və yazıçıların sayəsində qorunub saxlanıldı”.

Deputat bu gün Azərbaycanda müəyyən daxili problemləri qabardıb, müstəqilliyimizi təhlükə altına atmamağımızıvurğulayıb:

“Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi üçün yaranan təhlükə bu gün də qalır. Azərbaycanın müstəqilliyinə qarşı hər an təhlükə yarana bilər. Azərbaycan xalqı şəhid verərək müstəqilliyini bərpa edib. Ona görə də o qara günləri yaddan çıxartmaq lazım deyil”.
Hazırda tədbir çıxışlarla davam edir.

Qeyd edək ki, tədbiri Azəri –Türk Qadınlar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı həyata keçirilib.

İnterpress.az