Dövlət müstəqilliyimizin 25-ci ildönümü münasibətilə İstiqlalçı Deputatlar Məclisi oktyabrın 17-də saat 15-də “Park-İNN” hotelində istiqlal mücahidlərinin, ictimai-siyasi xadimlərin, görkəmli ziyalıların, Qarabağ qazilərinin, KİV nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirəcək.
Bu barədə İstiqlalçı Deputatlar Məclisi adından istiqlalçı deputat, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın mətninin müəllifi, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov məlumat verib.
Hacıbaba Əzimov iştirak etmək arzusunda, istəyində olan hər kəsi sözügedən bayram tədbirinə dəvət edib. ( musavat.com )
İnterpress.az