İnterpress.az “Ria Novosti” istinadən xəbər verir ki, Poroşenko 112 tv kanalında çıxış edib. O, Ukraynanın müstəqil dövlət kimi tanınmasında Rusiyanın lideri Putinin rolu olduğunu vurğulayıb.
“Artıq neçə illərdir ki, dövlətimizdə çoxvektorluq mövcud deyil. Bundan ötrü Putinə təşəkkür edirəm. Mən ziddiyyətli tezis irəli sürərək bildirirəm ki, biz müstəqilliyimizi, ikinci və hal-hazırda üçüncü dəfə qazandıq. Biz yenidən doğulduq. Biz buna şahidik və ardıcıllardan biriyik”-deyə Poroşenko bildirib.
“2013 ildə Ukraynanı NATO-ya qoşulması üçün insanların 13%-i dəstək verdi, indi 54% təşkil edir. Avropaya inteqrasiya üç il bundan əvvəl 32% insan tərəfindən dəstəklənirdi, amma hal-hazırda bu ideyanı 72% insan dəstəkləyir”-deyə Poroşenko davam edib” – deyə Poroşenko davam edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 17-də Rusiya hakimiyyət orqanları Ukraynanı hər cəhətdən müstəqil dövlət kimi görmək istədiyini bildirib.
“Ukraynanın vektor inkişafı Moskva mənafeyinə uyğundur. Bəzi məqsədlərə nail olmaq üçün tək əldən səs çıxmaz”- deyə Putin qeyd edib.
Yeri gəlmişkən, Ukraynanın baş naziri Vladimir Groysman Kiyevin Moskva ilə tam olaraq sülhə hazır olduğunu bildirib, lakin Ukrayna hakimiyyətinin şərtləri çərçivəsində məsələnin həllinə tərəfdardır.
2014-cü ilin mart ayında Krım referendum səsvermə nəticələri ilə Rusiyanın tərkibinə daxil oldu. Bu isə Moskva və Kiyev arasında münaqişəyə səbəb oldu.
Bundan əlavə, Ukrayna hakimiyyəti dəfələrlə rəsmi Moskvanı Ukraynanın cənub-şərqinə hərbi və maliyyə dəstəyinə görə ittiham edib. Rusiya ittihamları rədd edib.
İnterpress.az