Maşın dərədən aşdı – Ata öldü, oğlu yaralandıbackend

Maşın dərədən aşdı – Ata öldü, oğlu yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəza zamanı hadisə yerində dünyasını dəyişən Xınalıq kənd sakini Məmmədqasım Bağırovun oğlu Rəşaddır.

Hadisə barədə də qohumlarına məhz o, xəbər verib. Qəza yerindən çətinliklə çıxan azyaşlı səhər saat 6:00 radələrində kəndə çatıb. Yaxınlarının dediyinə görə, Rəşad Bağırov qəzada ciddi xəsarət almasa da, hadisədən sarsıntı keçirib. R. Bağırov hazırda evlərindir.

Qeyd edək ki, qəza gecə saatlarında Quba-Xınalıq yolunun 55 km-də qeydə alınıb. 48 yaşlı Xınalıq kənd sakini Bağırov Məmmədqasım Xəlil oğlunun idarə etdiyi 10 JL 382 dövlət nömrə nişanlı NİVA markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü Məmmədqasım Bağırov hadisə yerində keçinib. ( qafqazinfo.az )

İnterpress.az