Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.
Türkiyə KİV xəbər verir ki, Silahlı Qüvvələr Baş qərargahının məlumatına görə, İŞİD-in komanda məntəqələri, silah-sursat anbarları və atəş mövqeləri dağıdılıb.
“Fərat Qalxanı” əməliyyatının başladığı vaxtdan indiyədək ümumilikdə 119 yaşayış məntəqəsi yaraqlılardan təmizlənib, 1010 kvadratkilometr ərazi Azad Suriya Ordusunun nəzarəti altına keçib.
Interress.az