Xarici mediaya xəbər verir ki, partiyanın Tbilisidəki mərkəzi ofisinin qarşısındakı səhnədən bunu Gürcüstanın baş naziri İrakli Kvirikaşvili elan edib.
O, qələbə münasibətilə tərəfdarlarını və ölkə əhalisini təbrik edib.
“Gürcüstan, mən səni böyük qələbəyə görə təbrik edirəm. Dostlarım, sizi bizim dövlət üçün bu böyük qələbə münasibətilə təbrik edirəm. Bu hər birimizin qələbəsidir. Bu qələbə bizə mübarizə yolu ilə nəsib olub. Sizi təbrik edirəm. Çox sağ olun”, – o, deyib.
Kvirikaşvili bəyan edib ki, onun partiyası bütün sorğuların nəticələrinə görə liderdir.
“Exit-poll” keçirən GFK şirkətinin ilkin məlumatına görə, proporsional siyahı üzrə “Gürcü arzusu” 39,9 faiz səs toplayıb. “Vahid millli hərəkat” partiyası isə 32,74 faiz səslə ikincidir.
TNS şirkətinin sorğusunda isə nəticələr belədir: “Gürcü arzusu” – 53,8 faiz, “Vahid milli hərəkat” – 19,5 faiz.
İnterpress.az