İnterpress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Vahid Milli rir” partiyasının üzvləri və tərəfdarları MSK-nın qarşısına toplaşıb. Binanın mühafizəsi gücləndirilib, patrul polisindən başqa əraziyə xüsusi təyinatlılar cəlb olunub.
Etirazçılar və polis arasında qarşıdurma baş verməyib.
“Biz MSK-nı xəbərdar etmək istəyirik ki, gürcü seçicilərin iradəsinə qarşı çıxış etməsinlər və reallığı əks etdirən göstəriciləri qeydə alsınlar”, – deyə partiya üzvü Levan Tarxnişvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkilərində məntəqələrin 21,99 faizi üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, hakim “Gürcü arzusu” partiyası səslərin 52,67 faizini, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası isə 24,85 faizini toplayıb.
İnterpress.az