Saakaşvili Tiflisə tabutda gəldibackend

Saakaşvili Tiflisə tabutda gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Virtualaz.org-un xüsusi müxbiri Fridon Doçiyanın Tiflisdən verdiyi xəbərə görə, aksiya iştirakçıları Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin müqəvvası qoyulmuş tabutu ABŞ səfirliyinə gətiriblər. Qırmızı tabutda qara rənglə 5 rəqəmi – YGH partiyasının seçki nömrəsi, həmçinin \”Siyasi dustaqlardan\”, \”Cəzalandırılmışlardan\”, \”Qaçqınlardan\”, \”Küçələrdə öldürülmüşlərdən\” sözləri yazılmış bir neçə gül çələngi olub.

Aksiya sabiq prezidentin tərəfdarları ilə qalmaqalsız da ötüşməyib.

“Amerika səfirliyinin Mixail Saakaşvilinin taleyinə nə aidiyyəti var” sualına isə \”Bizim vətənimiz\” partiyasının lideri Zviad Çitişvili belə izah verib: \” Gürcüstanı ABŞ idarə edir. Bu, məhz Saakaşvilidən miras qalıb. Qoy amerikalılar öz marionetkasını Vaşinqtona aparsınlar. Orada onun üçün daha yaxşı, ən əsası-daha təhlükəsiz olacaq\”.

İnterpress.az