Litvada xalq səkizinci dəfə ölkə Seymini seçirbackend

Litvada xalq səkizinci dəfə ölkə Seymini seçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə 2 milyon 504 min seçici qeydiyyata alınıb. Ölkə əhalisi saat 20:00-dək yeni Seymi seçəcək. Bu, Litvanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Seymə keçirilən səkkizinci seçkidir.

Seymin mandatı uğrunda birmandatlı və çoxmandatlı seçki dairələri üzrə 1416 namizəd mübarizə aparır. Seçkilərdə 12 partiya və iki koalisiya iştirak edir. Seymə keçmək üçün partiya seçicilərin ən azı 5 faizinin, koalisiya isə 7 faizinin səsini toplamalıdır. Seymin 141 üzvündən 71-i birmandatlı, 70-i çoxmandatlı dairələrdə partiyaların təqdim etdiyi siyahılar üzrə seçiləcək.

Seçkilərin nəticələri barədə ilkin məlumat təxminən gecəyarısı açıqlanacaq. (azərtac)

İnterpress.az