Allahşükür Paşazadə və Mübariz Qurbanlı Türkiyəyə səfər edəcəkbackend

Allahşükür Paşazadə və Mübariz Qurbanlı Türkiyəyə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Avrasiyada İslam: din istismarına qarşı birlik, dayanışma və gələcək perspektivlər” mövzusunda keçirilən zirvə toplantısında regionda İslamın gələcəyi, qlobal təhdidlər və İŞİD problemi, qlobal təhlükə kimi FETÖ-nün Avrasiyada təsirləri, dini istismarın qarşısının alınması yolları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Toplantıya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Diyanət İşləri başqanı Mehmet Görməz, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin, Orta Asiya, Qafqaz və Şərqi Avropa regionuna daxil olan ölkələrdən din siyasəti ilə məşğul olan rəsmi şəxslər, nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçıların qatılacağı gözlənilir.

Açılış mərasimində A. Paşazadə və M. Qurbanlının çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, Avrasiya İslam Şurası Türkiyə Diyanət İşləri Başqanlığının təşəbbüsü ilə yaradılıb.

İnterpress.az