Olland Putinlə görüşmək istəmirbackend

Olland Putinlə görüşmək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, bu barədə BBC xəbər yayıb.

Putinin Ollandla görüşünün anonsunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov vermişdi. O əlavə etmişdi ki, Rusiya prezidentinin Paris səfəri xüsusi əhəmiyyətə malik olacaq, çünki Ollandla yalnız Rusiya-Fransa münasibətləri yox, həm də Suriyada və Ukraynada böhranların nizama salınması məsələləri müzakirə olunacaq.

Olland TF1-ə müsahibəsində Suriyadakı aviazərbələrə Rusiyanın dəstəyini kəskin ittiham edib. Putinlə qarşıdakı görüş haqda jurnalistin sualına cavab verərkən bildirib ki, hələlik bu məsələni özü üçün dəqiqləşdirməyib, hərçənd, çox güman ki, onunla görüşəcək.

\”Mən özüm-özümə sual verirəm ki, bunun bir faydası olacaqmı, bu lazımdırmı?\”, – deyə F.Olland vurğulayıb.
Fransua Ollandın müsahibəsinin tam mətni bazar ertəsi efirə çıxacaq.

İnterpress.az