Bu gün Cahangir Hacıyevə hökm oxunacaq?backend

Bu gün Cahangir Hacıyevə hökm oxunacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək prosesdə Cahangir Hacıyevin son söz deyəcəyi gözlənilir.
Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxışında Cahangir Hacıyevin 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov, Kənan Orucovun hər birinin 8 il, İbrahim Hüseynovla Yusif Ələkbərovun 11 il, Azad Cavadovun isə 12 il 11 ay azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin sabiq direktoru İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının sabiq direktoru Kənan Orucov, bankın Nərimanov filialının sabiq direktoru, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.

İnterpress.az