4 uşaqlı valideynlərin diqqətinə…backend

4 uşaqlı valideynlərin diqqətinə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili İnterpress.az-a bildirib ki, 4 və daha çox uşağı olan ailələrə harada yaşamalarından asılı olmayaraq mənzil tikilməsi üçün növbəsiz və rüsumsuz torpaq sahəsi verilməsi məqsədə uyğun olardı.Bu bir təklifdir. Milli Məclisinin plenar iclasında irəli sürmüşük.

Məsələ ilə bağlı qanun o zaman qəbul edilə bilər ki, buna sosial sifariş olsun. Artıq niyyət və ideya ortadadır. Hesab edirəm ki, həqiqətən də 4 və 5, daha çox uşağı olan ailələrə ev tikmək üçün torpaq sahələri ayrılmaldır. Dünya təcrübəsində də belə hallar mövcuddur. Çoxuşaqlı ailələrə dövlət qayğısı hər zaman olmalıdır:

“ Çünki ailədə böyüyən 4 və 5 uşaq gələcəkdə hərəsi bir ailə bacısı olacaq. Onlara torpaq sahələri verilməlidir ki, ev tikib içinə yığışa bilsinlər. Sadəcə olaraq bu məsələdə dövlət öz xoş niyyətini ortaya qoymalıdır”.

Gülşanə Mustafayeva
İnterpress.az