“Qəzaların sayı azalıb” – şöbə rəisibackend

“Qəzaların sayı azalıb” – şöbə rəisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az– a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), ölənlərin sayı 95 nəfər (14,3%), yaralananların sayı 191 nəfər (10,9%) azalıb:

“Bakı şəhəri ərazisində 490 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 138 nəfər ölüb, 515 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azalıb”.

Qeyd edək ki, bu məlumat son 9 ayda respublikada baş verən yol-nəqliyyat hadisələrinin statistikasında yer alıb.

Gülşanə Mustafayeva
İnterpress.az