“Trampın özünə güvəni olmadığı üçün qadınları təhqir edir”backend

“Trampın özünə güvəni olmadığı üçün qadınları təhqir edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trump haqqında \”öz eqosunu insanları alçaldaraq və təhqir edərək yüksəldir” – deyə söyləyib. Obama Trampa 2005-ci ildə qadınlar haqqında vulqar fikirlər bildirən video-görüntüləri şərh edib.
“Əsgərləri alçaldan, müharibə veteranlarını təhqir edən, azlıqları, immiqrantlaraı alçaldan, qadınlara istehza ilə sataşan – bunları yalnız özünə inamı olmayan, zəif insan edə bilər. Tramp öz aşağı səviyyəsində eqosunu insanları təhqir edərək yüksəltməyə çalışır” – deyə Obama çıxışında bildirib.
ABŞ-ın lideri həmçinin söyləyib ki, Tramp prezidentliyə xas olmayan xüsusiyyətlərə malikdir.
Xatırladaq ki, Tramp qalmaqallı çıxışından sonra Respublikaçılar partiyasından olan 40 üzvün səsindən məhrum olub, onların tərkibində senator Con Makkeyn və eks-qubernator Arnold Şvarçneqqer da var.

İnterpress.az