“Poroşenko zənginləşir, ölkəni isə vecinə almır”backend

“Poroşenko zənginləşir, ölkəni isə vecinə almır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Ukraynanın keçmiş naziri Azarov Poroşenkonu ölkənin maraqları üçün heç bir addım atmadığını söyləyib.
Azarov həmçinin qeyd edib ki, Ukrayna iqtisadi və siyasi böhranla üz-üzə olanda, Poroşenkonun gəliri 7 dəfə artıb.
“Poroşenko ölkəni vecinə almır, o ilk növbədə öz cibini və öz mənfəətini düşünür. Ölkədə ən primitiv halda totalitar propaqanda, zombiləşmə gedir. Vətəndaşlar fikir baxımından geri qalırlar. Ukraynanın bir düşməni var – o da hakimiyyət”.
Xatırladaq ki, Azarov 2010-ci ilin mart ayından 2014-cü ilin yanvar ayının sonuna qədər Ukraynada baş nazir vəzifəsini icra edib. Daha sonra Azarov hərbi çevrilişdən sonra vəzifədən kənarlaşdırılaraq ölkəni tərk edib.

İnterpress.az