Jurnalistin evini yardılarbackend

Jurnalistin evini yardılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Evi yarılan jurnalist AzTV-də efirə gedən “Parlaq zəka” verilişinin aparıcısı və layihə rəhbəri Aydın Piriyevdir.

A.Piriyev dünən gecə saat 00:12-də sosial şəbəkə vasitəsilə bildirib ki, Yasamal rayonunda yerləşən evini naməlum şəxslər qarət edib:

“Evə gəldik, gördük ki, evi yarıblar. Ehtiyatlı olun, dostlar”-deyə yazıb.

Zərərçəkmiş jurnalist evindən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlandığını söyləyib .Oğrular mənzilə pəncərəni sındırıraq daxil olublar.

Jurnalist Aydın Piriyevin müraciəti əsasında faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır. ( modern.az )

İnterpress.az