Putin Suriyada daimi hərbi dəniz bazası yerləşdirəcəkbackend

Putin Suriyada daimi hərbi dəniz bazası yerləşdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov məlumat verib. Onun sözlərinə görə, hazırlıqlar yüksək səviyyədə aparılır: “Suriyanın Tartus liman şəhərində bizim hərbi dəniz bazamız olacaq. Müvafiq sənədlər hazırlanıb. İndi onlar idarələrarası razılaşdırma prosedurundan keçirilir. Hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Ümid edirik ki, tezliklə bu sənədlərin ratifikasiya edilməsini xahiş edəcəyik”.

Qeyd edək ki, hazırda Tartusda Rusiya gəmilərinin maddi-texniki təchizat məntəqəsi yerləşir.

İnterpress.az