Avtomobili ağaca vurdu – 4 nəfər yaralandıbackend

Avtomobili ağaca vurdu – 4 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 10-da saat 02 radələrində Goranboy rayonunun Zeyvə kəndində rayon sakini Rahib Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

İnterpress.az