Nişanlı cütlüyün maşında meyiti tapıldı – YENİLƏNİBbackend

Nişanlı cütlüyün maşında meyiti tapıldı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobildə meyitləri tapılan oğlanla qızın kimliyi məlum olub.

APA-nın məlumatına görə, onlar 1991-ci il təvəllüdlü Kamal İlham oğlu Alışov və 1994-cü il təvəllüdlü Zülfiyyə Faiq qızı Yusifzadədir.

Hər iki şəxsin meyiti müayinə edildikdən sonra yaxınlarına təhvil verilib.

Qeyd edək ki, bu barədə ilk məlumatı “Qafqazinfo.az” saytı yayıb. Məlumata görə, itkin düşdüyü bildirilən 20-25 yaşlı qız və oğlanın meyiti Yasamal rayonu, Tbilisi prospektində yerləşən qarajda avtomobildə tapılıb.

***

Təxminən 20-25 yaşlı qızla oğlanın nəşi Yasamal rayonu, Tbilisi prospektində yerləşən qarajda tapılıb.

İki gün öncə cütlüyün itkin düşməsi barədə polisə məlumat daxil olub və axtarışlara başlanılıb. Bu gün isə gənclərin maşında meyitləri tapılıb.

İlkin ehtimala görə, onlar avtomobildə uzun müddət qalıb və kondisioneri işlək vəziyyətdə saxlayıblar. Maşına dolan zəhərli havadan boğulub ölüblər.

Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, tapılan meyitlərin kimliyi hələ ki, müəyyən edilməyib. ( qafqazinfo.az )

İnterpress.az