ABŞ Rusiya ilə əməkdaşlığı dayandırıbbackend

ABŞ Rusiya ilə əməkdaşlığı dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, Vaşinqton Rusiya ilə Suriya üzrə əməkdaşlığı dayandırıb.
Moskva isə öz növbəsində Ərəb ölkələrində öhdəliklərini yerinə yetirə bilmədiyi üçün, uğursuz iş prinsipi apardığı üçün Vaşinqtonu günahkar hesab edir. Nəticədə Rusiya artıq ABŞ ilə dialoqa girmir.
“Belə çıxır ki, Vaşinqton öz öhdəliklərini yerinə yetirə bilmədiyi üçün, Hələb sakinlərinə humanitar yardımlar edə bilmədiyi üçün məsulliyyəti başqalarının boynuna ataraq ortadan çıxır.”- deyə Zaxarova bildirib. BMT-nin daimi nümayəndəsi Vitali Çurkin isə öz növbəsində belə fikir bildirib: “Rusiya və ABŞ-ın Suriya üzrə danışıqlarının hətta alternativ çıxış yolları belə yoxdur. Əlbəttə ki bu çox üzücüdür, lakin başqa bir çıxış yolu yoxdur”.

İnterpress.az