Prosineçki: “Onlardan qorxmuruq”backend

Prosineçki: “Onlardan qorxmuruq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-in seçmə mərhələsində ilk 2 oyundan sonra aktivində 6 xal olan millimiz növbəti görüşünü sabah Çexiyaya qarşı keçirəcək.

Ostrava şəhərində baş tutacaq qarşılaşmadan öncə yığmamızın xorvatiyalı çalışdırıcısı mətbuat konfransı keçirib. O, uğurlu seriyanı Çexiya ilə görüşdə də davam etdirməyə çalışacaqlarını bildirib: “Rəqib seçmə mərhələyə uğursuz başlayıb. İki gün öncə Almanyaya uduzublar. Çalışacaqlar ki, Azərbaycanla matçda əllərindən gələni etsinlər. Bizə gəlincə, Norveç üzərindəki qələbədən sonra Çexiya ilə görüşdə də əlimizdən gələni edib, Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik”.

– Norveçlə oyunla müqayisədə heyətdə dəyişiklik edcəyinizi demişdiz. Nə kimi dəyişikliklər olacaq?

– Biz hər rəqibə hörmətlə yanaşırıq. Qorxu yoxdu. Biz bura qorxmaq üçün gəlməmişik. Həmişə deyirəm ki, komandama inanıram. Sabah meydanda olan futbolçular əllərindən gələni edəcəklər ki, yaxşı futbol göstərsinlər. Mən Rəşad Sadıqovun vəziyyətinə baxmalıyam.

– Azərbaycan yığması sabahkı qarşılaşmada müdafiədən oynayacaq, yoxsa hücum futboluna üstünlük verəcək?

– Futbol elə idman növüdü ki, məşqçinin qurduğu plan həmişə alınmır. Bəzən rəqib güclü olur, sənin planlarının qarşısını kəsir. Bayaq da dedim ki, rəqibə hörmətlə yanaşırıq, onlardan qorxmuruq. Biz bura yaxşı futbol göstərməyə gəlmişik. Ümid edirik ki, 90 dəqiqədən sonra bizim üçün yaxşı nəticə qeydə alınacaq. Futbolçularım sabahkı matçı səbirsizliklə gözləyirlər. Onlar hər gün belə rəqiblə oyun keçirmirlər. Motivasiyamız çox böyükdü. Həm rəqibin oyununa imkan verməmək, həm də öz futbolumuzu göstərmək üçün əlimizdən gələni edəcəyik. Alınıb-alınmayacağını isə bilmirəm.

– San-Marino və Norveçlə oyunlardan sonra azarkeşlər Ramil Şeydayevin əsas heyətdə yer almamağından narazı idilər. Hansı amil sabahkı qarşılaşmada Ramilə ilk “11-lik”də şans verməyinizə səbəb oldu?

– Azarkeşlərin fikri hamı üçün vacibdi. Amma heyəti mən müəyyənləşdirirəm. Sabah uğursuz nəticə olsa, sual verəcəklər ki, niyə Rauf oynamadı, Ramil oynadı? Şeydayev bu təlim-məşq toplanışında da müsbət tərəfdən özünü göstərir. Buna görə də, sabah ona start heyətində şans verəcəm. Ramil gənc, perspektivli futbolçudu. Təəssüflər olsun ki, hələ “Trabzonspor”da heyətə düşmür. Fikrimcə, vaxt gələcək, komandanın əsas oyunçularından biri olacaq. Norveçlə matçda da özünü yaxşı göstərdi. Ramil meydana daxil olandan sonra rəqibin müdafiə xətti istirahət edə bilmirdi.

İnterpress.az