Toy günü evlənməkdən xilas oldubackend

Toy günü evlənməkdən xilas oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, Türkiyənin Qaziantep şəhəri Kozluyazı kəndində 14 yaşındakı K.Ö qonşularının əsgərlikdən yeni gələn oğlu ilə evlənməyə məcbur edilib. Keçən ilə qədər məktəbdə təhsil alan qızın ən böyük arzusu beyin cərrahı olmaq imiş.
Qızın atası qızını erkən yaşda evləndirməyə belə haqq qazandırıb: “ Mən qızımı bu yaşdan sonra idarə edə bilmərəm. Mənim məsuliyyətimdən çıxsın”.
14 yaşındakı qızı toy günü xilas edən isə “Uşaq gəlinlər” mərkəzinə daxil olmuş şikayət olub. Şikayətdən sonra dərhal Qaziantep bələdiyyəsi hadisəyə müdaxilə edib.
Hadisədən sonra vəziyyətlə əlaqədar Qaziantep bələdiyyə sədri Fatma Şahin açıqlama verib:
“Xilas etdiyimiz qız bu cümlədən olan ilk insan deyil. Hadisədən sonra qızın valideynləri ilə danışdım və qızın atasına yaranacaq çətinlikləri izah etdim. İndi hər şey qaydasındadır”.

İnterpress.az