Tələbə 11-ci mərtəbədən özünü atdı – YENİLƏNİBbackend

Tələbə 11-ci mərtəbədən özünü atdı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda dəhşətli intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

Özünü 11-ci mərtəbədən atan Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlunun atası danışıb.

Tələbənin atası Abbasov bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. O, istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: \”Bizə birdən məlum oldu ki, onun 6 fənin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi\”.

Qeyd edək ki, H.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb. ( sputnik.az )

***

Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə rayonun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb. Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ( apa )

İnterpress.az