Sərhəddə saxlanılan rus qızından qeyri-adi müdafiəbackend

Sərhəddə saxlanılan rus qızından qeyri-adi müdafiə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hurriyet”-ə istinadən xəbər verir ki, Türkiyədə saxlanılan rus qız, Suriyaya DAEŞ-ə qatılmaq üçün yox, internetdə tanış olub “evləndiyi” Airat Samatov ilə görüşməyə gedib.
Kamikadze olduğu iddia edilən qız üstündə bomba yox, yalnız alt paltarlarını daşıdığını deyib.
Moskva Dövlət Universitetində oxuyan Karaulova sevgilisini belə təqdim edib: “Onu üç ildir sevirəm. O DAEŞ-ə qarşı mübarizə aparan bir həkimdir”.
Keçən il Suriyaya getmək üçün Moskvadakı evindən qaçan qız ingilis kəşfiyyatının verdiyi məlumata əsasən yanındakı 13 rusla birlikdə Türkiyədə saxlanılıb.
Karaulova Moskvaya qayıtdıqdan sonra “dövlət himayəsinə” alınıb, daha sonra isə rus kəşfiyyatının təkidi ilə yenə də nəzarətə alınıb. Terrorla günahlandırılan qızın on il müddətində azadlıqdan məhrum edilə biləcəyi açıqlanıb.
“Aleksandra İvanova” ləqəbi verilən Karaulova, Stalin dövründə siyasi məhbuslara işgəncə verilən “Lefortovskaya” həbsxanasındadır.
Karaulovanın ailəsi isə, qızlarının rus kəşfiyyatının təlimatı üzrə Samatov ilə təməsda olduğunu müdafiə edib. Qızın atası Pavel Kraulov keçən il qızını tapmaq üçün Türkiyəyə getdiyini, lakin Suriyaya buraxılmadığını deyib.
Məhkəmədə danışan 20 yaşlı qız vurğulayıb: “Mən terrorist deyiləm və heç bir vaxt da olmayacağam”.
Qızın sevgilisinin isə canlı bomba hazırlayan DAEŞ-ə mənsub olduğu bildirilib.

Sərhəddə saxlanılan rus qızından qeyri-adi müdafiə

Sərhəddə saxlanılan rus qızından qeyri-adi müdafiə

Sərhəddə saxlanılan rus qızından qeyri-adi müdafiə

Sərhəddə saxlanılan rus qızından qeyri-adi müdafiə

İnterpress.az