Binali Yıldırım: “Nəvəm travmanın təsirindən çıxmayıb”backend

Binali Yıldırım: “Nəvəm travmanın təsirindən çıxmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hurriyet”-ə istinadən xəbər verir ki, Binali Yıldırım nəvəsinin həmin gecə yaşadığı travmanı hələ də üzərindən ata bilədiyini deyib.
“Sputnik Türkiyə”-yə müsahibə verən baş nazir , müxbirin suallarını cavablandırıb:
“ Doğrusu o travma hələ də ötüb keçməyib. Uşaq gecə yata bilmir. Uşaq yatdığı yerdə sayıqlayır. Buna görə nəvəm müalicə də alır. Mənim nəvəm sadəcə bir nümunədir, ölkəmizdə çoxlu belə uşaq var. Bu alçaqların etdiyinin, Bəşər Əsədin etdiklərindən nə fərqi var? O da Suriyadakı vətəndaşların üzərinə bomba yağdırır. Amma Türk milləti canı ilə, qanı ilə , bütün cəsarəti ilə bu alçaqlara dərsini verdi. Bizə, bu millətə yaraşanı etdi. Türkün əsilzadəliyini bir dəfə daha gördük”

İnterpress.az