Parkda intiharın qarşısı alınıbbackend

Parkda intiharın qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Bəhruz Nuriyev küçəsində qeydə alınıb.
Naməlum kişi həmin küçədə yerləşən parkdakı tikilidə özünü asıb. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində o dərhal xəstəxanaya çatdırılıb.
Şəxsiyyəti hələlik müəyyən edilməmiş 50-55 yaşlarında olan naməlum kişinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az