İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD-in sosial mediadan verdiyi açıqlamaya görə Əl Fayad “şəhid” elan olunub. Ancaq “Əbu Məhəmməd Əl Furkan” ləqəbli “nazirin” ölüm səbəbi və ölüm tarixi barədə məlumat verilməyib.
ABŞ-ın Müdafiə Nazirliyi, sentyabr ayının ortalarında Əl Fayadın öldürülməsi ilə bağlı açıqlama vermişdi. Açıqlamaya görə, Əl Fayad 7 sentyabrda İŞİD-in Rakkada təşkil etdiyi bir hava hücumunda öldürülüb.
Qeyd edək ki, İraq və Suriyada ötən ay İŞİD-in çoxlu komandiri məhv edilib.
İnterpress.az