Olland azərbaycanlı deputatın sualını cavabladıbackend

Olland azərbaycanlı deputatın sualını cavabladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın Avropada multikulturalizm ideyasının tənəzzülə uğradığı, bunun nəticəsində terrorizmin baş qaldırmasını əsas gətirərək, Avropada multikulturalizm ideyasının yenidən canladırılması üçün nələr edilə biləcəyinə dair sualına cavab verən F.Olland Fransanın dünyəvilik modelini misal çəkərək bütün dini təriqətlərin sülh içində birgə yaşamasının mümkün olduğunu bildirib.

“Siz bir cəmiyyətdə müxtəlif olan dini təriqətlərin sülh içində yaşaya bilməsini soruşdunuz. Fransada bizim dünyəvilik prinsipimiz var və bu dünyəvilik hamının sülh içində yaşaya bilməsinə, dini azadlıqların təmin edilməsinə və bütün təriqətlərin özlərini ifadə etməsinə imkan yaradır. Əlbəttə, hər bir vətəndaşımız öz dini azadlığından tam şəkildə istifadə edə bilməlidir. Ancaq təbii ki, bu, ümumi yaşam tərzimizə, ictimai həyatımıza heç cür təsir göstərməməlidir. Yəni dini adət və qaydalara nisbətən başda qanun durmalıdır. Bir sözlə, biz bir yerdə yaşaya bilərik və bizim öz qaydalarımızdan çəkilmək fikrimiz yoxdur. Əsasən də Fransa üçün bu dünyəvilik qaydası çox mühüm məsələdir”.

İnterpress.az