Bunu İnterpress.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
S.Əhmədova deyib ki, qadında heç bir infeksiya yoxdur:
“Onun səhhətində müəyyən problemlər olub. Hazırda Respublika Kliniki Xəstəxanasında müalicəsi davam etdirilir”.
Nazirlik rəsmisi dünyaya gələn körpənin sağlam olduğunu bildirib:
“Uşağın çəkisi 4 kq-dan çox olduğundan A.Əliyevavnın təbii doğuşla uşaq dünyaya gətirməsi mümkün olmayıb. Ona görə də həkimlər qeysəriyyə əməliyyatını məsləhət görüblər”.
Vətəndaş Fərqan Əliyev həyat yoldaşının Sumqayıt şəhər 1 saylı Doğum evinə normal doğuş üçün qəbul edildiyini, amma uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyini bildirib.
O, həyat yoldaşının xəstəxanada mikroba yoluxduğunu iddia edir.
İnterpress.az