Körpənin ağlaması təyyarəni yerə endirdibackend

Körpənin ağlaması təyyarəni yerə endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hurriyet”-ə istinadən xəbər verir ki, Türk Hava Yollarının TK-2432 səfər saylı Boeing tipli təyyarəsinin pilotu, Atatürk hava limanından qalxdıqdan dərhal sonra Hava Nəzarət Qrumu ilə əlaqə saxlayaraq, Antalyaya çatanda birbaşa rota verilməsini tələb edib. Pilot buna səbəb kimi təyyarədə ağlayan bir yaşlı uşağı göstərib.
Buna görə də normal vaxtlarda bir saat 15 dəqiqə davam edən uçuş müddəti 46 dəqiqədə yekunlaşdırılıb.

İnterpress.az